Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Angelina Jolie və Brad Pitt köçkün düşərgəsinə gedib


Dünyaca məşhur aktrisa Angelina Jolie və Brad Pitt aprelin 4-də Bosniyaya gedib. Onlar 1992-1995-ci illərin müharibəsi zamanı evlərini itirmiş 117 min köçkünün məskunlaşdığı düşərgələrə baş çəkiblər.

Bu insanların bir çoxu evlərinin tam hazır olmaması, ya da həyat üçün lazım olan şəraitin qurulmmamasına görə hələlik bu düşərgədə yaşatırlar.

Jolie 2001-ci ildən BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissralığının səfiri kimi çalışır.

Bu məşhurların səfərini medianın işçıqlandırmasına məhdudiyyət qoyulub. Onların aprelin 5-i axşam da qonşu Xorvatiyaya baş çəıkəcəkləri gözlənir.
XS
SM
MD
LG