Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

BŞİH Müsavat Partiyasına yenə yox dedi


Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının meriyanın binası qarşısında aksiya keçirməklə bağlı ötən həftə etdiyi etdiyi müraciətə cavab verib. Partiyadan Mehman Cavadoğlu AzadlıqRadiosuna bildirib ki, meriya onların istəyini müsbət cavablandırmayıb:

«BŞHİ –dən «yox» cavabı gəlib. Günün ikinci yarısı məsələ partiyanın divanında müzakirə olunacaq və sonrakı addımlar müəyyən ediləcək».

Martın 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı meri Hacıbala Abutalıbova məktubla müraciət edib əvvəllər yürüş və mitinqlərin keçirildiyi yerlərdə yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də ali dövlət strukturlarının və digərqurumların yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını istəmişdi.

Bu günlərdə həmin müraciətə qənaətbəxş cavab almadığından partiya BŞİH-yə meriyanın binası qarşısında etiraz aksiyası keçirmək üçün müraciət etmişdi.
XS
SM
MD
LG