Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:37

Partlayış törədən qadının atası tapılıb?


Dağıstan sakini Rəsul Maqomedov martın 29-da Moskva metrosunun «Lyublyanka» stansiyasında parlayış törədən intiharçı qadının onun qızı – Məryəm Şaripovanın olduğunu deyib. 28 yaşlı Şaripova Dağıstanın Untuskul rayon sakinidir.

«Novaya Qazeta»nın yazdığına görə, atası Rəsul Maqomedov qızını terror aktından sonra internetdə yayılan şəklindən tanıyıb. Rəsul Maqomedov qızının dindar olduğunu, amma radikal baxışlı olmadığını bildirib:

«Onun psixoloji təsirə məruz qaldığını istisna edirəm. O, ali savadlı psixoloq idi».

Anası isə qızını sonuncu dəfə martın 28-də gördüyünü bildirib. Terror aktını Məryəm Şaripovanın törətməsi hələ ki, rəsmən təsdiq olunmayıb.

Bundan əvvəl isə «Park kultırı» stansiyasında partlayış törədənin 17 yaşlı Cənnət Abdurrəhmanova olduğu təsdiqlənmişdi.

Martın 29-da Moskva metrosunda intiharçı qadınların törətdiyi iki partlayış nəticəsində 39 nəfər həlak olmuşdu, 70-dən artıq adam yaralanmışdı.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG