Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 13:38

Rəfsancaninin nəvəsi mühakimə oluna bilər

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsancaninin nəvəsi Həsən Lahuti mühakimə oluna bilər. Lahuti ötən ay xarici səfərdən qayıdarkən həbs olunub. O, 2009-cu il prezident seçkilərindən sonrakı iğtişaşlarda iştirak etməkdə günahlandırılır.

Tehran İnqilab Məhkəməsinin rəsmisi Lahutiyə qarşı aparılmış istintaqın materiallarının artıq məhkəməyə təqdim edildiyini bildirib.

XS
SM
MD
LG