Orta Asiya ölkələrində səfərdə olan BMT-nin baş katibi Ban Ki-mun bu gün Özbəkistan prezidenti İslam Kərimovla görüşəcək. Bir neçə gün əvvəl BMT-nin İnsan Hüquqları Komitəsi yaydığı hesabatda Özbəkistanda 1991-ci ildən hakimiyyətdə olan Kərimov rejimini tənqid edərək, Əndican hadisələrini hərtərəfli araşdırmağa çağırmışdı.
2005-ci ildə Əndicanda baş vermiş qiyamı hakimiyyət silah tətbiq etməklə qəddarcasına yatırmışdı. İnsan hüquqları təşkilatları həmin hadisələr zamanı yüzlərlə insanın qətlə yetirildiyini iddia edirlər.