Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

10 günə 40 yazar


Azadlıq Radiosunun İnternet səhifəsində keçirilən qısa hekayə müsabiqəsinə indiyəcən 40-dan çox müəllif qatılıb.

Bu, “Ədəbi Azadlıq” müsabiqəsinə əsərlərin qəbulunun ilk 10 günü ilə bağlı rəqəmdir.

Elan etdiyimiz kimi əsərlər martın 25-dən aprelin 25-ə qədər müsabiqəyə qəbul ediləcək.

Ad çəkmədən qeyd etmək istərdik ki, müsabiqəyə qatılanlar arasında həm ədəbi dairələrdə kifayət qədər tanınan qələm sahibləri, həm də yeni imzalar var.

Azərbaycanın rayonlarından, bundan başqa Rusiyada, Amerikada yaşayan, təhsil alan azərbaycanlılardan da müsabiqəyə hekayələrini göndərənlər var.

Özünü rəqabətdə sınamaqdan qorxmayan və baş mükafat olan notebook-u qazanmağa iddialıların hamısına uğurlar!

Müsabiqəyə əsər qəbulununsa hələ 20 gün davam edəcəyini bir daha xatırlatmaq istərdik.
XS
SM
MD
LG