Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 17:46

BMT Qırğızıstanda medianın boğulmasından narahatdır


BMT-nin baş katibi Ban Kİ Mun Qırğızıstanda müstəqil medianın boğilmasından narahatlığını bildirib.

Ban Ki Mun bu iradı bu gün Bişkekdə Qırğızıstanın xarici işlər naziri Kadırbek Sarbayevlə görüşərkən edib.

Qırğızıstanın hakim dairələri bu günlərdə yerli televiziya kanallarından birinin avadanlıqlarını müsadirə edib, kanalın yayımı dayanıb.

Müxalifət bunun müstəqil mediyaya hücum, təzyiq olduğunu deyir.

Ban Kİ Mun Orta Asiya ölkələrinə səfəri çərçivəsində bundan öncə Aşqabadda Qırğızıstan prezidenti Qurbanqulu Berdımuxamedovla görüşüb.
XS
SM
MD
LG