Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 01:44

Prezidenti rüşvətxorluqda ittiham edən hakim istefa verdi


Pakistan prezidenti Asif Əli Zardari xanımı, mərhum keçmiş baş nazir Benazir Bhuttonun şəkli ilə birlikdə BMT-nin 64-cü sessiyasında çıxış edərkən, 25 sentyabr 2009
Pakistan prezidenti Asif Əli Zardari xanımı, mərhum keçmiş baş nazir Benazir Bhuttonun şəkli ilə birlikdə BMT-nin 64-cü sessiyasında çıxış edərkən, 25 sentyabr 2009
Məhkəmə sistemi ilə prezident Asif Əli Zardari arasında fikir ayrılıqlarına görə Pakisyanda Ali Məhkəmənin sədri istefa verib. Bu gün istefa qərarını elan edən Ənvər Mənsur prezident Zardari haqqında rüşvət ittihamları ilə cinayət işini yenidən başlamağa hökumətin imkan verməməsinə görə bu addımı atdığını bildirib.

Keçən il məhkəmə Zərdarinin xeyrinə olan amnistiya qərarını da ləğv edib. Həmin amnistiya Zardarini 1990-cı illərdə korrupsiya və rüşvətxorluqla məşğul olmasına dair ittihamlardan qoruyurdu.

Pakistanın Ali Məhkəməsi İsveçrəyə də müraciət edib ki, prezident haqqında pul yuma ittihamları üzrə cinayət işinin yenidən başlanmasına ona kömək etsin.
XS
SM
MD
LG