Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 11:02

Yaziçinin avtoqaflı kitabı 700 min dollara satıldı


Ceyn Ostin
Britaniya yazıçısı Ceyn Ostinin (1775-1817) “Emma” romanının müəllifin imzaladığı nüsxəsi təxminən 700 min dollara satılıb. BBC-nin məlumatına görə, üç cildlik romanı adı açıqlanmayan britaniyalı kolleksioner alıb.

Kitabı Oskfordşirdəki Jonkers Rare Books dükanı satışa çıxarmışdı. Dükan sahibləri kitabı 2 il qabaq bundan iki dəfə ucuz qiymətə almışdılar.

Kitabın belə baha satılmasının bir səbəbi də odur ki, o, müəllifin öz yaxınlarına hədiyyə etməsi üçün 1915-ci ildə buraxılan 12 kitabdan biridir. Müəılif onu rəfiqəsi, “Emma” romanının qəhrəmanlarından birinin prototipi olan Ən Şarla bağışlayıb.

Ceyn Ostin ingilis ədəbiyyatında realizmin “ilk qaranquşlarından” sayırlar. O, ailə, “xanım romanları”nın əsasını qoyub. Onu indi də ingilis ədəbiyyatının “Birinci ledi”su sayılarlar.
XS
SM
MD
LG