Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:00

"Mersedes" rüşvət iddialarını qəbul etdi


Almaniyanın “Mercedes Benz” avtomobil istehsalçısı Daimler ABŞ-da haqqında qaldırılan rüşvət vermə ittihamlarını qəbul edib və buna görə 185 milyon dollar cərimə ödəməyə razılaşıb.

Məhkəməyə verilən iddianamədə qeyd edilir ki, şirkət ABŞ-ın rüşvət və korrupsiya əleyhinə qanunvericiliyini pozaraq 1998-2008-ci illərdə rəsmilərə rüşvət verib.

İddiaya görə şirkət Rusiya, Çin, Türkiyə, Misir də daxil olmaqla dünyanəın 22 ölkəsində dövlət idarələrinə maşın sata biulmək üçün rəsmilərə rüşvət verib.

Daimler məhkəməyə bildirib ki, artıq bu cür korrupsiya hallarının bir daha təkrar olunmaması üçün şirkət lazım olan tədbirləri görüb.
XS
SM
MD
LG