Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:14

Kamikadze – 17 yaşlı dul qadın imiş


Moskva metrosunda partlayış törədən qadın kamikadzelərdən birinin kimliyi məlum olub.

Rusiya mətbuatının məlumatına görə bu, Qafqaz yaraqlılarından birinin dul qalmış həyat yoldaşı - Cənnət Abdürəhmanovadır.

Dağıstanın Xasavyurd regionundan olan 17 yaşlı qadının həyat yoldaşı ötən il öldürülüb.

İstintaq metroda partlayış törədən ikinci qadının da Çeçen olduğunu ehtimal edir.

Bazar ertəsi Moskva metrosunda qadın kamikadzelər partlayış törədib, 39 nəfər ölüb.
XS
SM
MD
LG