Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

İran rəsmisi hesab edir ki, sanksiyalar səmərəli deyil


İranın nüvə rəsmisi deyir ki, Çində keçirilən danışıqlarda sanksiyaların səmərəli olmadığına razılaşıblar. Səid Cəlili belə bir bəyanatı Çinə səfərinin ikinci günü verib.


Cəlili bildirib ki, beynəlxalq sanksiyalar Tehranın mübahisəli nüvə proqramını davam etdirməsinin qarşısını ala bilməz.

«Əgər Çin İrana qarşı sanksiyaları dəstəkləyərsə» sualına İran rəsmisi “bunu Çin cavablandırmalıdır” deyib.

Dünən Ağ Ev bildirib ki, Çin Qərb dövlətləri və Rusiya ilə birgə İrana qarşı yeni BMT sanksiyalarının qoyulması üçün məsləhətləşmələrdə iştirak etməyə razılıq verib.
XS
SM
MD
LG