Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:44

DAK Urmiya gölünün qurumasına etiraz edib


Aksiyaçılar su ilə dolu qabı səfirliyə vermək istəyiblər
Aksiyaçılar su ilə dolu qabı səfirliyə vermək istəyiblər
Aprelin 2-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İran səfirliyi qarşısında aksiya keçirib, Urmiya gölünün qurumasına etiraz ediblər.

Aksiyada iştirak edənlər əllərində bir qab su gətiriblər. Onlar su ilə dolu qabı səfirliyə vermək istəyiblər. Ancaq polis onların səfirliyə yaxınlaşmasına imkan verməyib, yalnız bəyanatı çatdırmağa şərait yaradıb.

İran səfirliyinin əməkdaşı bəyanatı qəbul etməyib və bildirib ki, kimlərsə Azərbaycan İran münasibətlərində problem yaratmaq istəyir.

DAK Daimi Şurasının sədri DAK-ın Əjdər Tağızadə bildirib ki, bütün dünya azərbaycanlıları Urmiya gölünün qurumasına etiraz olaraq, bütün dünyada, o cümlədən İranın azərbaycanlılar yaşayan bölgələrində göllərə gedib, bir qab su boşaldırlar. Bununla da dünya ictimaiyyətinin diqqətinə Urmiya gölünün qurumasını çatdırmaq istəyirlər.

Tağızadə hesab edir ki, Tehran hökumətinin Urmiya gölünün qurumasının qarşısını almamaqda məqsədi orada yaşayan azərbaycanlıların torpaqları boşaltmasına çalışmasıdır.

İranda da Urmiya gölünün qurumasına etiraz olaraq orda yaşayan azərbaycanlı fəallar gölün yanında aksiya keçirməyə cəhd göstəriblər. Aksiya iştirakçılarından AzadlıqRadiosuna verilən məlumata görə, iki minə yaxın adam gölə yaxınlaşsa da, İran hüquq-mühafizə orqanları onlara aksiya keçirməyə imkan verməyib.

- Plakatlarımızı aldılar, aksiya keçirməyə qoymadılar. Adamları dağıtdılar.

Aksiya fəallarının sözlərinə görə, onlara saxlananların 24 saat ərzində buraxılacağını söyləyiblər.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG