Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

BMT-nin baş katibi Bakıda Elmar Məmmədyarovla görüşüb


BMT-nin baş katibi Ban Ki Munu Orta Asiyaya səfər edərkən Bakıda nazir Elmar Məmmədyarovla görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə əsas mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub.

Nazir Elmar Məmmədyarov baş katibə münaqişənin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və Azərbaycanın tutduğu mövqeyi barədə məlumat verilib. Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

BMT-nin baş katibi də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini və münaqişənin həlli bütün regiona müsbət təsiri edəcəyindən əmin olduğunu deyib.

Nyu-Yorkda Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr edilmiş donorlar konfransının müsbət nəticələrinə toxunan Pan Gi Mun Azərbaycanın bu məsələdə verdiyi dəstəyini xüsusi qeyd edib.

Bundan başqa, görüş zamanı tərəflər regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG