Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:48

BMT-nin baş katibi Bakıda Elmar Məmmədyarovla görüşüb


BMT-nin baş katibi Pan Gi Munu Orta Asiyaya səfər edərkən Bakıda nazir Elmar Məmmədyarovla görüşüb.

Xarici İşlər nazirliyinin məlumatına görə görüşdə əsas mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub.

Nazir E.Məmmədyarov baş katibə münaqişənin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və Azərbaycanın tutduğu mövqeyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Cavab olaraq, BMT-nin baş katibi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini və münaqişənin həlli bütün regiona müsbət təsiri edəcəyindən əmin olduğunu deyib. Nyu-Yorkda Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr edilmiş donorlar konfransının müsbət nəticələrinə toxunan Pan Gi Mun Azərbaycanın bu məsələdə verdiyi dəstəyini xüsusi qeyd edib.

Həmçinin, görüş zamanı tərəflər regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
XS
SM
MD
LG