Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:47

Rusiya prezidenti Dağıstana gözlənilməz səfər edib


Rusiya prezidenti Dimitrli Medvedev terror aktından bir gün sonra Dağıstana gözlənilməz səfər edib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə Medvedev səfər zamanı Dağıstan, İnquşetiya və Çeçenistan liderləri ilə görüşəcək.

Medvedevi səfər zamanı Rusiya Təhlükəsizlik Xidmətinin yüksək səlahiyyətli rəsmiləri müşaiyət edirlər.

Dünən Dağıstanın Kizlər şəhərində törədilmiş partlayışlarda 12, bundan iki gün əvəl isə Moskva metrosunda tprədilmiş terror aktında 39 adam ölüb.

Moskva metrosundakı partlayışa görə cavabdehliyi çeçen separatçılarının lideri Doku Umarov üzərinə götürüb.

Rusiya rəhbərliyi bildirib ki, bu hücumların arxasında eyni qrup durur.
XS
SM
MD
LG