Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Kürdəmir, Zərdab və Tərtər rayonlarını su basıb


Martın 31-də və aprelin 1-də yağan güclü yağışlar nəticəsində Kürdəmir, Zərdab və Tərtər rayonlarında bəzi əraziləri su basıb.

Tərtər rayon İcra Hakimiyyətinin şöbə müdiri İsgəndər İsmayılov AzadlıqRadiosuna bildirib ki, rayonun ümumi ərazisində ciddi bir problem olmayıb:

«Yalnız Mamırlı kəndində 24 ev yerləşən hissədə su bir qədər artıq yığılıb. Rayon fövqəladə hallar komissiyası yerli texnikadan istifadə etməklə lazımi tədbirlər görüb».

Fövqəladə Hallar Nazirliyinin bu barədə aprelin 1-də yaydığı məlumatda deyilir ki, «aidiyyəti qurumlar Kürdəmir, Zərdab və Tərtər rayonlarında yağış suları ilə dolan ərazilərdə müvafiq tədbirlər həyata keçirirlər. Nəticənin aradan qaldırılması üçün iş gedir. Hadisə baş verən bölgələrə nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub».
XS
SM
MD
LG