Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

Yol polisi helikopterdə uçacaq


Yol polisinə xidməti istifadə üçün bir helikopter alınıb. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bildirib ki, helikopterdən hərəkətin təhlükəsizliyinin təmin olunmasında, yol-nəqliyyat hadisələri baş verən yerdə daha operativ olmaq məqsədilə istifadə ediləcək. O, helikopterdən hələlik istifadə olunmadığını deyib.

Yaxın gələcəkdə yol polisi xidməti üçün yeni helikopterlərin alınması isə nəzərdə tutulmayıb.

Azərbaycan hökumətinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub ki, helikopterin alınması üçün «Hazel Sal» şirkətinin hesabına 2 milyon 250 min manat köçürülüb. Həmçinin, ötən il daxili işlər orqanlarına xidməti istifadə üçün 194 avtomobil, «Yamaha» markalı 20 motosiklet alınıb.

Ə.Məcidov bildirib ki, BDYPİ-nin tərkibində 1 eskort tağımı var./AnsPress/
XS
SM
MD
LG