Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:49

Moskva metrosunda ölənlərin xatirəsi Nyu-Yorkda yad edilib


Dünya Ticarət Mərkəzinin yaxınlığında yerləşən kilsədə «ümid zəngi» çalınıb. İbadətdə din xadimləri və Rusiya rəsmiləri də iştirak edib.

«Ümid zəngi»ni 11 sentyabr terrorundan sonra Nyu-Yorka Britaniya paytaxtı hədiyyə edib. Bu zəng London, Madrid və Mumbaidə terror hücumları olan zaman da səsləndirilib.

Bu arada çeçen yaraqlılarının lideri Doku Umarov islamçı saytlara göndərilən videoda – Moskva metrosunda baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Umarov hücumların davam edəcəyini bildirib.

Bazar ertəsi Moskva metrosunda iki partlayışda 39 nəfər ölüb.
XS
SM
MD
LG