Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 05:58

Moskva və Dağıstandakı partlayışları eyni qrup törədə bilər


Rusiyanın baş naziri Vladimir Putin Dağıstan və Moskva metrosundakı partlayışları eyni qrupunun törətdiyini istisna eləmir.

Dağıstanın Kizlər şəhərində törədilmiş iki partlayışda 12 nəfər ölüb, 20-ə yaxın adam isə yaralanıb.

Respublika Daxili İşlər Nazirliyindən verilən məlumata görə ölənlərin əksəriyyəti milislərdir.

Kizlərin polis rəisi də ölənlərin arasındadır.

İstintaq komitəsinin məlumatına görə birinci partlayış, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Kiminaziyanın ətrafında-milis maşını yoldan ötərkən baş verib.

Bir qədər sonra milislər hadisə yerində iş apararkən, milis formasında olan intiharçı ikinci partlayışı törədib.

Vladimit Putin ölənlərin ailələrinə yardım verilkəcəyini vəd edib.
XS
SM
MD
LG