Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:34

«Ermənistan mətbuatında yayılan məlumatlar «uydurma»dır»


Azərbaycan separatçı Dağlıq Qarabağ rejiminin «baş naziri»nin BMT-də rəsmi görüşlər keçirməsi barədə məlumatları araşdırıb.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, qondarma «Dağlıq Qarabağ Respublikasının baş naziri» kimi özünü təqdim edən Ara Arutunyanın 2009-cu ilin 18 noyabr tarixində BMT-nin binasına daxil olması və orada rəsmi görüşlər keçirdiyi barədə erməni mətbuatında bir müddət öncə yayılmış məlumatla əlaqədar Daimi Nümayəndəlik tərəfindən araşdırmalar aparıb və BMT-nin müvafiq qurumlarından məsələ ilə bağlı rəsmi məlumat əldə edib.

Xarici İşlər nazirliyinin yaydığı məlumata görə «Ara Arutunyan adlı şəxsə BMT-nin binasına müvafiq qurumlar tərəfindən heç bir buraxılış sənədi verilməyib, bu şəxs heç bir iclasda iştirak etməyib və onunla heç bir rəsmi görüşlər keçirilməyib».

BMT-nin binasının bir hissəsinin turistlər üçün açıq olduğundan, Ara Arutunyanın Ermənistan vətəndaşı sənədi ilə adi turist və ya tələbə kimi daxil olması istisna olunmayıb. Bununla da erməni KİV-də yayılan məlumatın uydurma olması müəyyən edilib.
XS
SM
MD
LG