Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 12:14

Nyu-Yorkda Haitiyə yardım konfransı işə başlayır

ABŞ-da Haitiyə yardıma həsr olunmuş beynəlxalq konfrans keçirilir. 100-dən çox ölkənin nümayəndəsi martın 31-də Nyu-Yorkda BMT-nin qərargahında toplaşacaq.

İştirakçıların təxminən 4 milyard dollar yardım toplayacağı planlaşdırılır.

Konfransa Haiti prezidenti Rene Preval, BMT Baş katibi Ban Ki Min və ABŞ dövlət katibi Hillari Klinton sədrlik edəcək.

Yanvarın 12-də Haitidə baş verən zəlzələ zamanı 220 mindən artıq insan ölüb. Bir milyondan artıq insan evsiz-eşiksizdir.
XS
SM
MD
LG