Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:47

Serbiya parlamenti Srebreniça hadisələrinə görə üzr istəyib


Serbiya parlamenti 1995-ci ildə Srebreniçada müsəlmanların kütləvi öldürülməsini pisləyən qətnamə qəbul edib. Həmin vaxt təxminən 8 min müsəlman kişi öldürülmüşdü.

Parlamentarilərin yarıdan çoxu qətnamənin lehinə səs verib. Sənəddə qurbanların ailələrinə başsağlığı verilir, üzr istənilir.

Sənədi Serbiyanın hakim koalisiyasına daxil olan partiyalar dəstəkləyib. Onlar hesab edirlər ki, bu regionda barışığa və Serbiyanın AB-nə daxil olması imkanını artıra bilər.

Milliyətçi müxaliəft isə istənilən üzrxahlığın əleyhinə çıxıb və qətnaməni «ədalətsiz» və «rüsvayçı» adlandırıb.

1992-95-ci illər müharibəsi zamanı Srebreniçadan olan kişi və oğlanların öldürülməsi ikinci dünya müharibəsindən sonra ən qanlı hadisə hesab olunur.
XS
SM
MD
LG