Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 13:03

Emin Milli Britaniyada təhsil hüququ qazanıb


Həbsdə olan bloqer Emin Milli Britaniyanın gələcək liderlər üçün təşkil etdiyi təhsil proqramında iştirak etmək hüququ qazanıb.

Londondakı John Smith Memorial Trust məktəbinin professoru Brian Brivati bildirib ki, Emin Milliyə 2010-cu ilin proqramında iştirak etmək təklif edilib. O qeyd edir ki, bu təklifin 2012-ci ilə, Emin Milli azadlığa çıxan vaxta təxirə salınıb-salınmaması təşkilatın idarə heyətinin qərarından asılı olacaq.

Emin Milli (iki il altı ay) və Adnan Hacızadə (iki il) keçən il xuliqanlıq ittihamı azadlıqdan məhrum ediliblər.

Amma yerli və beynəlxalq hüquq müdafiəçiləri əslində onların internetdə hakimiyyəti tənqid edən yazılarına görə həbs edildiklərini deyirlər.

John Smith proqramı 1996-cı ildə Əmək Partiyasının liderinin xatirəsinə qurulub. Beş həftəlik proqramlar keçmiş sovet respublikalarından olan və siyasət, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti strukturlarında çalışan gənclər üçün nəzərdə tutulub. Proqramda əsas diqqət yaxşı idarəetmə, demokratiyanın və sosial ədalətin təmin edilməsi məsələlərinə yönəldilir.
XS
SM
MD
LG