Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Fransa hökuməti islam geyimi qadağasının yüngülləşməsini istəyir


Fransa hökuməti bütün qadın islam geyimlərinin qadağan edilməsi barədə təkliflərə qarşı çıxıb. Hökumətdən yayılan məlumatda parlament xəbərdar edilir ki, bu cür geyimlərin tam qadağan edilməsi üçün hüquqi əsaslar yoxdur.

Parlamentdə aparılan müzakirələrdə bildirilib ki, məhkəmələr, məktəblər, xəstəxanalar kimi ictimai yerlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə hakimiyyət orqanları üzü tamam örtən geyimlərin çıxarılmasını tələb edə bilərlər.

Prezident Sarkozinin partiyasından olan deputatlar isə bildiriblər ki, yaxınlarda ümumi müzakirəyə çıxarılacaq bu qanunda üzü tamam örtən geyimin tamamilə qadağan edilməsinə çalışacaqlar.
XS
SM
MD
LG