Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

«Hələ ki, müxalifətçilik dərəcəsini ölçən termometr yoxdur»


Eldar Namazov
Eldar Namazov
Bunu «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov deyib. Bu gün «İşdən sonra»da Eldar Namazov seçkiqabağı vəziyyət və seçki planları barədə danışıb:

- Hər bir siyasətçinin uğuru əlli faiz şəxsi keyfiyyətlərindən, əlli faiz ölkədəki vəziyyətdən asılıdır. Cəmiyyətdə hər bir adamın öz statusuna görə məsuliyyəti var. Mənim üçün dəyişiklik siyasi sistemin dəyişikliyidir.

Mən siyasətçiyəm, mən hesab edirəm Azərbaycanda siyasi sistem dəyişməsə, heç nə dəyişməyəcək. Heç bir sahədə müsbət irəliləyiş olmayacaq. Ona görə gərək azad seçkilər keçirilsin, xalqın iradəsi ilə hakimiyyət formalaşsın ki, müsbət hüquqi, iqtisadi, sosial dəyişikliklər olsun.

Azərbaycanda elə gənclər var ki, hesab edirlər gənclər müstəqil danışmalıdırlar, özlərini ifadə etməlidirlər, kimsə bloqqer olmalıdır, kimsə rok konsert verməlidir, onlar dəyişiklikləri bu yolla görürlər, düzgün edirlər. Hansısa iqtisadçılar hesab edirlər ki, onlar daima qaldırmalıdırlar iqtisadi məsələləri, hökuməti tənqid etməlidirlər. Onlar da düz edirlər. Hərə öz sahəsi üzrə çalışmalıdır.

Eldar Namazov bildirib ki, bir blokda hər bir sahənin nümayəndəsi təmsil olunmalıdır:

- Blokda gərək sağçılar da, solçular da, ictimai qurumlar da, partiyalar da, müxtəlif regionlar gərək mütləq təmsil olunsun, buna damğa vurulmasın ki, bu qarabağlıların blokudur, bakılıların blokudur. Gərək həmin blok bütün Azərbaycan cəmiyyətinin modelini özündə əks etdirsin.


Namazov hesab edir ki, hakimiyyətin müxalifətçilik dərəcəsini ölçən termometr hələ ki, olmadığından real müxalifətçini seçmək mümkün deyil:

- Dünya təcrübəsindən bilirsiniz ki, hakimiyyətin müxalifət düşərgəsinə atılan agentlərinin əksəriyyəti ən radikal mövqedən çıxış edən, ən radikal bəyanat verən adamlardır. Mən dəfələrlə görmüşəm ki, hakimiyyətin ünvanına ən kəskin sözləri deyən adamlar ən lazımi məqamlarda, taleyüklü məqamlarda, seçki prosesində, parlament seçkilərində və s. qəflətən ya əcaib addımlar atırlar, bütün demokratik düşərgənin səylərini puç edirlər, səhəri gün də mandat alıb otururlar parlamentdə.

Eldar Namazov parlament seçkilərinə namizədliyini verəcək ya yox?

Qonaq Azərbaycandakı bloklardan danışdı.

Eldar Namazov seçkiqabağı hansı təlimlərin keçirilməsini planlaşdırır?

AUDİONU DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG