Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:59

Prezidentin əmisinin şikayətinə aprelin 7-də baxılacaq


Prezidentin əmisi Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və yazı müəllifi Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinin hazırlıq iclası aprelin 7-si saat 14.30-a təxirə salınıb.

Buna səbəb hakimlərdən birinin səhhətində yaranan problem olub.

Millət vəkili Cəlal Əliyev yanvarın 5-də «Yeni Müsavat» qəzetində «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı yazıya görə Nizami rayon məhkəməsinə müraciət edib.

Cənab Əliyev sözü gedən yazıda ona böhtan atıldığını və təhqir olunduğunu əsas gətirərək məhkəmədən hər iki jurnalistin Cinayət Məcəlləsinin (147.1 , 147.2 və 148-ci maddələrilə) böhtan və təhqir olunma maddələri ilə ittiham olunmalarını istəyib.

Amma Nizami məhkəməsi iddia təmin etməyib. Bundan sonra Cəlal Əliyev Nizami rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
XS
SM
MD
LG