Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Konqresmenlər Azərbaycanda ABŞ səfirinin olmaması və 907-ci düzəlişdən narahatdırlar


ABŞ Konqresi
ABŞ Konqresi
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrupunun 10 üzvü martın 26-da prezident Barak Obamaya məktub göndərib. Məktubda qeyd edilir ki, Avropa ilə Asiya arasında geosiyasi cəhətdən dinamik regionda yerləşən Azərbaycan ABŞ-ın strateji müttəfiqidir.

Onlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, 11 Sentyabr hadisədindən dərhal sonra ABŞ-a güclü dəstək verdiyini, Kosovo, İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda mühüm rol oynadığını qeyd edirlər: “Azərbaycan Əfqanıstana hava yolu ilə yüklərin çatdırılmasında, əfqan polisinə təlimlər verilməsində, minalardan təmizləmə və tibbi yardım işlərində ABŞ-a yaxından kömək edir.”

Amma Koqnresmenlər bildirirlər edirlər ki, əlaqələrin genişləndirilməsinə mane olan bəzi hallar da var: “Buna baxmayaraq, 1992-ci ildə qəbul edilmiş və Azərbaycana ABŞ hökumətinin Azərbaycana birbaşa yardımlarını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəliş iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maneə olaraq qalır. Bu, həm də ABŞ-ın regiondakı maraqlarına zidd vəziyyətdir.

Bundan başqa, 2009-cu ilin iyulundan Bakıda ABŞ səfirinin olmaması da lüzumsuz qeyri-müəyyənlik yaradır. Nəhayət, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Moskva və Parislə birlikdə Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik fəaliyyətini daha da aktivləşdirməlidir.”

Bu məzmunda məktubu ABŞ prezidentinə 10 konqresmen göndərib. Bunlar Bill Şuster, Solomon Ortiz, Michael Conaway, Michael McMahon, Dan Burton, John Boozman, Howard Coble, Sue Myrick, Denny Rehberg, Tim Ryandır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG