Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:30

«Kaptial Bank»ın işçiləri məhkum ediliblər


Martın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına hökm oxunub. Şəmkir rayon filialının baş mühasibi Şahin Əliyev 10 il, filialın digər əməkdaşları - Rasim Nağıyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Nisə Bayramovaya isə 3 il şərti cəza verilib. Mənzər Paşayeva və Arif Hümbətovun hər biri isə məhkəmənin hökmü ilə 1000 manat məbləğində cərimələniblər.

Məhkəmənin qənaətinə görə, Şahin Əliyev «Kapital Bank» ASC-nin Şəmkir filialının baş mühasibi vəzifəsində işləyərkən həmin şəxslərlə əlbir olaraq filialda fəaliyyətdə olan «Wester Union», «Privatmoney», «Miqom», «Kontakt» və «Blizko» sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adına kassa məxaric orderləri yazıb. Bu yolla banka məxsus 417.550 ABŞ dolları məbləğində vəsaiti mənimsəyib.
XS
SM
MD
LG