Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

«Misir Mərdanova ittiham»


Misir Mərdanov
Misir Mərdanov
«Bizim yol»:

Nərgiz Paşayevadan Misir Mərdanova şok ittiham

Təhsil Nazirliyi erməni rektoru olan universitetə havadarlıq etməkdə suçlandı

N.Paşayeva Təhsil Nazirliyini rektoru erməni Eduard Ovanesoviç Saturyan olan Moskva Dövlət Açıq Universitetinin Bakı filialına himayədarlıq etməkdə ittiham edir.

Rektor bildirib ki, son zamanlar onlara həmin universitetdən şikayətlər daxil olur, adamlar gəlir və Açıq Universitetin filialında baş verən çoxlu neqativ hallar haqqında danışırlar:

«Hesab edirəm ki, bu nəinki pisdir, hətta bizim universitetin müəllimlərinə, tələbələrinə və statusuna qarşı əsl cinayətdir. Mən insanlara çatdırmaq istərdim ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başqadır, Moskva Dövlət Açıq Universiteti isə başqa. Heç olmasa, ona görə ki, birincinin rektoru Viktor Antonoviç Sadovniçiy, ikincinin rektoru isə 2005-ci ildən Eduard Ovanesoviç Saturyandır. İkinci, bizim universitetin Bakı filialının dövlət statusu var, ancaq MDAU-nun Bakı filialı Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi tələbi ilə 2006-cı ildə məhkəmə tərəfindən bağlanılıb. Ən maraqlısı odur ki, bu filial 2007-ci ildə məlum olmayan səbəblərdən Təhsil Nazirliyindən nəinki öz fəaliyyətini davam etdirməyə icazə almış, hətta Azərbaycanın dövlət ali məktəbləri siyahısına da daxil edilmişdir».

Qəzet Təhsil Nazirliyinin məsələ ilə bağlı mövqeyini əks etdirməyib.

«Azərbaycan»:


Azərbaycan yenə MDB–nin lideri oldu

Bu dəfə ölkəmiz Dunya İqtisadi Forumu tərəfindən şəbəkə hazırlığı indeksinə görə birinci yerə layiq görüldü.

Proseslərin cərəyan etdiyi məcra, hələ də öz fəsadlarını aradan qaldırmayan qlobal maliyyə-iqtisadi böhranın təsirlərindən uğurlu müdafiə, zamanın tələblərinə cavab verən və sürətli tərəqqini təmin edən strategiya, əslində qarşıdakı dövr ərzində də Azərbaycanın bir çox sahələr üzrə inkişaf göstəriciləri baxımından MDB-nin lideri tatusunu daşımaqda davam edəcəyini göstərir.

«Azadlıq»:

«QAİ»yə yenə mən nəzarət edəcəm»

Həsən Şirinov: «Ötən ilin sentyabrında Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunmuşam. Lakin həmin vaxtdan iki gün əvvələ kimi eyni zamanda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini də icra edirdim. İki gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi Idarəsində yeni rəis təyin olundu. Indi mən öz işimlə məşğulam. Şəhər «QAİ»sinin rəisi vəzifəsindən azad olunmağımı isə «vurulmaq» kimi yox, əksinə vəzifədə irəli çəkilmək kimi qiymətləndirmək lazımdır. Yəni məni yeni və daha yüksək vəzifəyə təyinat aldığıma görə təbrik etmək lazımdır. Çünki mən adi vəzifədən general səlahiyyətində olan vəzifəyə təyin olunmuşam. İnanıram ki, bu yaxınlarda general rütbəsini də alacağam».

«Yeni Azərbaycan»:

Bəzən könüllü olaraq həyata keçirilən xeyriyyəçilik fəaliyyətləri sırf reklam xarakteri daşıdığı üçün cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. Çünki bu xeyriyyəçiliyi edən subyektlər hansısa məqsədi güddüyündən onların bu işi davamlı xarakter daşımır və çox məhdud olur. Amma dövlət istəyir ki, bu gün imkanı geniş olan biznes subyektləri həm maddi, həm də müxtəlif istiqamətli xeyriyyə tədbirləri həyata keçirsinlər. Bununla da, dövlətin sosial siyasətinə müəyyən mənada kömək etmiş olsunlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG