Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 15:42

Terrorda ölənlərin sayı 39-a çatdı


Moskva metrosunun “Lubyanka” və “Park kultırı” stansiyalarında martın 29-u törədilmiş terror aktlarında ölənlərin sayı 39-a çatıb. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalarda 71 nəfər yaralı var. Onların arasında ağır vəziyyətdə olanlar da var.

Rusiya prezidenti Dmitri Medvedyev “Lubyanka” stansiyasına baş çəkərək terror qurbanlarının xatirəsini anıb. O bildirib ki, terrorçuların hamısı tapılıb məhv ediləcək.

XS
SM
MD
LG