Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 16:07

AVRO-2012 Ukraynada keçirilməyə bilər


Kiyevdəki futbol stadionu vaxıtnda tikilməsə, Ukrayna 2012-ci ilin Avropa Çempionatını keçirmək hüququndan məhrum edilə bilər.

UEFA-nın prezidenti Mişel Platini bu gün deyib ki, Ukraynanın yeni seçilən prezidenti Viktor Yanukoviçlə yaxın günlərdə görüşüb, bu xəbərdarlığı sonuncu dəfə diqqətə çatdıracaqlar. UEFA-dan bildirblər ki, onlar Yanukoviçdən Kiyev və Lvovdakı stadionların vaxtında hazır olacağıyla bağlı əlavə təminatlar tələb edəcəklər.

Futbol üzrə 2012-ci ilin Avropa Çempionatını keçirmək hüququ Polşa və Ukraynaya verilib Amma hər iki dövlət lazım infrastrukturun vaxtında təhil verilməsində ciddi problemlərlə üzləşirlər.
XS
SM
MD
LG