Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 05:02

Rusiya dünyaya atom yanacağı satacaq


Rusiya dünyaya atom yanacağı satacaq

Rusiya və Beynəlxalq Atom Enerjisi Agentliyi Sibirdə uran zənginləşdirmək – nüvə yanacağı istehsal etmək üçün yeni mərkəz qurulması ilə bağlı saziş imzalayıblar.

Sazişi Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin derektoru Yukiya Amano və Rosatom dövlət agentliyinin rəhbəri Sergey Kiriyenko imzalayıb.

Sazişə görə, Anqarskda qurulacaq olan bu mərkəzdə istehsal edilən yanacaq nüvə enerjisindən dinc məqsədlər üçşün istifadə edən, amma özü uran zənginlşdirməyən ölkələrə satılacaq. Mərkəzdə 120 tona qədər nüvə yanaca\ı istehsal ediləcək. Eyni şəhərdə artıq 2 ildir ki, Rusiya v Qazaxıstanın ortaq uran zənginləşdirmə müəssisəsi fəaliyyət göstərir.
XS
SM
MD
LG