Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 10:19

Moskvada iki qadının axtarışı elan olunub


Moskvada iki qadının axtarışı elan olunub, istintaq ehtimalına görə, onlar metronun girişinədək iki partlayışı törətmiş kamikadzeni müşayiət ediblər.

Bu səhər Moskva metrostansiyasında törədilmiş iki partlayış nəticəsində 36 nəfər ölüb, 70-dən çox adam yaralanıb. Məlumatı Rusiya Baş Prokurorluğunun İstintaq İdarəsi yayıb.

İlkin partlayış yerli vaxtla səhər saat 8 radələrində “Lubyanka” metrostansiyasında törədilib. İkincisi isə təxminən yarım saat sonra “Park kulturı” stansiyasında baş verib.

Hadisə yerində mütəxəssis, xilasedici və həkimlərin fəaliyyəti davam edir. “Terrorizm” ittihamı ilə cinayət işi açılıb.

Moskva milisi gücləndirilmiş iş rejimində çalışır.
XS
SM
MD
LG