Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:43

«Ford» avtomobil şirkəti «Volvo»nu Çinə satdı


«Ford» şirkəti İsveçdə yerləşən bölməsini - minik avtomobil istehsalçısı olan «Volvo» şirkətini Çinin «Geely Automobile» şirkətinə satıb. İki şirkət arasında danışıqlar son bir neçə ay idi ki davam edirdi. Anlaşmanın dəyərinin 1,8 milyard dollar olduğu deyilir.

«Volvo» şirkəti 1915-ci ildə yaradılıb, 1927-ci ildən isə avtomobil istehsalına başlayıb.

«Volvo»nın yeni sahibi avtomobil istehsalını İsveç və Belçikada davam etdirmək niyyətindədir. Həmçinin quraşdırma işlərinin Çin zavodlarında həyata keçirilmə imkanları da öyrəniləcək.
XS
SM
MD
LG