Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 02:03

Moskva Metropolitenin iki stansiyasında partlayışda 30-dan çox adam ölüb


Bu gün səhər Moskva Metropolitenin iki stansiyasında törədilən partlayış nəticəsində 30-dan çox adam ölüb.

Birinci partlayış metronun «Lubyanka» stansiyasında baş verib, nəticədə azı 20 nəfər ölüb. 15 nəfər isə yaralanıb, onların vəziyyətinin ağır olduğu deyilir.

İkinci partlayış isə az sonra «Park kulturı» metrostansiyasında olub, rəsmi məlumata görə, 12-15 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə ilə bağlı «terrorizm» ittihamı ilə cinayət işi açılıb. Hadisə yerində yanğınsöndürənlər, xilasedici və həkimlər fəaliyyət göstərirlər. Qatarların hərəkəti dayandırılıb.
XS
SM
MD
LG