Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Ukraynanın Azərbaycandakı səfiri gedir

Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk geri çağırılıb.

O prezident Viktor Yanukoviçin sərəncamıyla Volın vilayətinin rəhbəri təyin olunub.

Bu barədə Ukrayna prezidentinin rəsmi saydında bildirilir.

Boris Klimçuk artıq bir dəfə - 1995-2002-ci illərdə bu vəzifədə çalışıb.

2002-ci ilin iyununda keçmiş prezident Leonid Kuçmanın müşaviri təyin olunub, sonradan Litvaya səfir göndərilib.

2008-ci ildən isə Ukraynanın Azərbaycandakı səfiri olub.
XS
SM
MD
LG