Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:09

E.Məmmədyarov İrandadır


İranın paytaxtı Tehranda və Şiraz şəhərində ilk beynəlxalq Novruz bayramı keçirilir.

Azərbaycanı bu tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Nazir bayram tədbirində çıxış edərkən Novruza beynəlxalq bayram statusu verilməsini yüksək qiymətləndirib.

İki gün davam edəcək tədbirdə xarici ölkələrdən İraq prezidenti Cəlal Təlabani, Tacikistan prezidenti İmaməli Rahmon, Türkmənistan prezidenti
Qurbanqulu Berdimuhammedov, Əfqanıstan prezidenti Həmid Kərzai və digər ölkələrin rəsmiləri iştirak edirlər.

Qeyd edək ki, BMT-nin qərarı ilə, dünyada 300 milyondan çox insanın qeyd etdiyi Novruz bayramına beynəlxalq bayram statusu verib.

Türkiyənin Antalya şəhərində Cüdo üzrə Paralimpiyaçıların Dünya Çempionatı keçirilir.

Azərbaycan idmançıları yarışda 3 medal qazanıblar.
XS
SM
MD
LG