Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:39

Anjey Kasprşik: «2009-cu ildə qoşunların təmas xəttində 19 nəfər ölüb»


Anjey Kasprşik
Anjey Kasprşik
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejimi ildə orta hesabla 30 dəfə pozulur.

Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ATƏT-in jurnalına müsahibəsində deyib.

2009-cu ildə atəşkəs nəticəsində tələfatın sayı azalıb və 19 nəfər təşkil edib. ATƏT sədrinin nümayəndəsi hesab edir ki, bunun səbəbi danışıqlar prosesinin fəallaşmasıdır.

Anjey Kasprşikin fikrincə, Dağlıq Qarabağ münaqişəsini «dondurulmuş» hesab etmək olmaz. Çünki danışıqlar fəal şəkildə davam etdirilir. Yalnız 2009-cu ildə prezidentlər arasında 6 görüş keçirilib.

Anjey Kasprşik onu da deyib ki, ATƏT-in Minsk qrupu nadir hallarda danışıqları şərh edir:

«Münaqişənin nizamlanmasını açıq şəkildə müzakirə etmək olmaz və bu, danışıqlar prosesini poza bilər. Xalqlara yalnız məhdud və az məlumat verilir. Danışıqları ATƏT-in Minsk qrupunun həmsədrləri təşkil edir. Mən yalnız susqun şahidəm».

Bununla belə, Anjey Kasprşik bildirib ki, yekun qərar açıqlanacaq. Çünki Azərbaycan və Ermənistan ictimaiyyəti bu və ya digər varianta razılıq verməlidir.

ATƏT rəsmisi deyib ki, vasitəçilərin köməkliyi ilə danışıq aparan tərəflər xalqların öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri arasında balansı tapmalıdırlar:

«Vasitəçi bitərəf olmalıdır. Vasitəçilərdən hər hansı birinin daxili mövqeyi varsa, tez və ya gec tərəflərdən biri bunu anlayacaq və həmin vasitəçi prosesdən uzaqlaşdırılacaq». / ANS /

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG