Rusiyada nasist lideri Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsərini ekstremist məzmununa görə qadağan edilən kitabların siyahısına salıblar.
Bu haqda Rusiya prokurorluğu məlumat yayıb.
Kitab indiyəcən açıq şəkildə bəzi veb-saytlarda və yarıleqal şəkildə bir sıra kitab dükanlarında satılırdı.
Rusiya qanunları nasist partiyasının liderlərinin yazdığı kitabların satışını qadağan etsə də, Hitlerin əsərinin adı heç bir qadağanedici sənəddə yox idi.
Kitab alverçiləri də qanundakı bu boşluqdan istifadə edirdi.
İndi başqa ekstremist məzmunlu əsərlər kimi Hitlerin də kitabını satanlar cərimə ediləcək.
1925-ci ildə yazdığı bu avtobioqrafik əsərində Hitlerin anti-semit ideyaları və gələcək işğal planlarının rüşeymləri əksini tapıb.