Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:09

START təzələnir


ABŞ-la Rusiya nüvə silahlarının azaldılmasına dair yeni müqavilədə ciddi razılaşma əldə ediblər. Ağ Evdən və Kremldə verilən birgə məlumatda deyilir ki, hər iki ölkənin prezidenti bu gün telefon söhbətində artıq qüvvədən düşməkdə olan START müqaviləsinin yenilənməsində razılıq əldə ediblər. Onlar nüvə silahlarının azaldılması barədə yeni müqaviləni aprelin 8-də Praqada imzalayacaqlar.

Obama bildirib ki, bununla da 20-ci əsrin daha bir pis qalığından xilas olmaq və uşaqlarımızın daha təhlükəsiz gələcəyinin təmin edilməsi istiqamətində daha bir ciddi addım atılır.

Yeni razılaşmada 1550 nüvə döyüş başlığının saxlanması limiti müəyyən edilir. Bu da 2002-ci ildə razılaşdırılmış limitdən 30 faiz daha azdır.
XS
SM
MD
LG