Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 21:19

Rusiyada Hitlerin kitabını qadağan etdilər


Bu gün Rusiyada prokuror Adolf Hitlerin "Mein Kampf" (“Mənim mübarizəm”) adlı kitabının yayımını qadağan edib. Baş prokurorluq bildirib ki, kitab irqi ayrı-seçkilik salır.

Hüquq-mühafizə orqanları həm də ölkədə ifrat sağ meylli silahlı qrupların getdikcə güclənməsinin qarşısını almaq istədiklərini deyirlər.

Baş prkurorluğun məlumatında deyilir ki, artıq bu kitabın 1925 nüsxəsi internet yolu ilə qanunsuz olaraq satılıb.

Rusiyada Almaniyanın Nasist Partiyasının liderlərinin yazdıqları bütün kitabları avtomatik olaraq qadağan edən qanun var. Amma həmin qanunda məhz Hitlerin "Mein Kampf" kitabının adı yoxdur.

Bu qanun həmin kitbaların satılması, və ya yayılmasına görə cərimələr nəzərdə tutulur.
XS
SM
MD
LG