Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:26

General Yerevanda bildirib ki, protokolların icrası Qarabağa bağlıdır


İstefada olan Türkiyə generalı bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşması prosesini Dağlıq Qarabağ münaqişəsinə bağlamaqda davam edəcək.

AzadliqRadiosunun erməni xidmətinə müsahibəsində general Sadi Ergüvenc bildirib ki, indiki vəziyyətdə normallaşma protokollarının icrasını şansa çox aşağıdır.

Ergüvenc martın 25-də Yerevanda keçirilən Türkiyə-Ermənistan seminarında bildirib. Hər iki ölkədən keçmiş məmurlar və tanınmış media nümayəndələrinin iştirak etdiyi tədbiri Avrasiya Əməkdaşlıq Fondu ilə İstanbulda yerləşən Qlobal Siyasi Tendensiyalar Mərkəzi birlikdə təşkil edib.

Ermənistanla Türkiyənin münasibətrlərini normallaşdırmağı nəzərdə tutan iki protokol keçən ilin oktyabrında imzalanıb. Hələlik sənədin icrası üçün hər iki ölkədə parlamentlərin onu təsdiq etməsi gözlənir.
XS
SM
MD
LG