Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Vatikan «Nyu-York Times»ın iddialarına cavab verdi


Vatikan «Nyu-York Times» qəzetinin ittihamlarına cavab verib. Vatikanın rəsmi qəzeti «l'Osservatore Romano» Amerika qəzetinin ittihamlarını rədd edib.

«Nyu-York Times» qəzeti martın 25-də yazıb ki, hazırkı Roma papası Benedikt uşaqlara təcavüz edən keşişə qarşı vaxtında tədbir görməyib.

Qəzet bildirib ki, 2005-ci ilə kimi Vatikan kardinalı olan Yozef Ratsinqer ABŞ-ın Viskonskin ştatının arxiyepiskopunun 2 şəxsi məktubunu cavablandırmayıb. Məktubda eşitmə zəifliyi olan uşaqlar üçün məktəbdə işləyən keşiş Lourens Merfinin oğlan uşaqlarına təcavüz etməsi barədə yazılıbmış.
20 il ərzində keşiş işləyən Merfi barədə 200 belə fakt olub.

Vatikan isə bildirib ki, qəzetin iddia etdiyi kimi keşişlə bağlı məsələyə göz yumulmayıb, jurnalistlərin məqsədi 16-cı Benedikt və onun yaxın tərəfdarlarına ziyan vurmaqdır.
XS
SM
MD
LG