Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:48

“Mersedes” maşın satmaq üçün rüşvət verirmiş?


Vaşinqtonda Federal məhkəməyə göndərilən iddiaya görə mərkəzi ofisi Almaniyada yerləşən Daimler şirkəti və ona bağlı olan daha üç şirkət 1998-ci ildən 2008-ci ilə qədər dünyanın 22 ölkəsində gəlirli layihələr əldə etmək üçün rüşvət paylayıb.

İddia sənədinə görə məsələn, Daimler 2000-ci ildə Türkmənistanda bir türkmən vəzifəliyə ad günü münasibətilə qiyməti 200 min avro olan zirehli “Mersedes” avtomobili bağışlayıb.

Həmin vaxt şirkət Türkmənistan hökumətinə çox sayda maşın satmaq üçün danışıqlar aparırıdı.

1999-cu ildə isə Liberiyaya “Mersedes” markalı yük maşınları satarkən bu ölkənin rəsmilərindən birinə qiyməti 267 min avro olan zirehli avtomobil bağışlayıb.

Sənədə görə şirkət İndoneziyada yüksək vəzifəli bir məmurun oğluna iri məbləğdə ad günü hədiyyəsi verib.

Şirkətin daha kimlərə nə qədər rüşvət verdiyi, özünün məhkəmə iddiasının geri götürülməsi üçün hansı məbləğdə cərimə ilə razılaşdığı barədə daha ətraflı "Korrupsiometr" saytında oxuyun.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG