Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:39

“Mersedes” maşın satmaq üçün rüşvət verirmiş?


“MERSEDES” RÜŞVƏT VERİRMİŞ?
Vaşinqtonda Federal məhkəməyə göndərilən iddiaya görə mərkəzi ofisi Almaniyada yerləşən Daimler şirkəti və ona bağlı olan daha üç şirkət 1998-ci ildən 2008-ci ilə qədər dünyanın 22 ölkəsində gəlirli layihələr əldə etmək üçün rüşvət paylayıb.

Ruşvət suçlaması Daimlerə daxil olan Daimler Export and Trade Finance GmbH, DaimlerChrysler China Ltd ve DaimlerChrysler Automotive Russia şirkətlərinə qarşı qaldırılıb. Bu barədə CNN Türk telekanalı məlumat yayıb.

ABŞ-dan olan prokurorlar iddia edirlər ki, “Mersedes” markalı avtomobillərinin istehsalçısı olan Daimler “uzun sürən bir rüşvət vermək təcrübəsinə malik olan şirkətdir.” Rüşvət pulları da ofşor şirkətlərin bank hesablarına köçürülüb. Bunun üçün yalançı qiymət razılaşmaları və üçüncü adamların vasitəçiliyindən istifadə edilib. Şirkətin öz maliyyə sənədlərində isə rüşvət verilmiş pullar “özəl endirimlər, komissiya ödənişləri, gərəkli ödəmələr” kimi adlar altında qeyd edilib.

RÜŞVƏT KİMİ ZİREHLİ “MERSEDES”LƏRİ KİMLƏR ALIB?
Məhkəməyə təqdim edilən iddia sənədlərinə görə məsələn, Daimler 2000-ci ildə Türkmənistanda bir türkmən vəzifəliyə ad günü münasibətilə qiyməti 200 min avro olan zirehli “Mersedes” avtomobili bağışlayıb.

Həmin vaxt şirkət Türkmənistan hökumətinə çox sayda maşın satmaq üçün danışıqlar aparırıdı.

1999-cu ildə isə Liberiyaya “Mersedes” markalı yük maşınları satarkən bu ölkənin rəsmilərindən birinə qiyməti 267 min avro olan zirehli avtomobil bağışlayıb.

İddiaya görə Daimler İraqa da maşın satışı müqaviləsini əldə etmək üçün bu ölkənin məmurlarından birinə satışın 10 faizi qədər rüşvət verib. Şirkətin vaxtilə BMT-nin İraqa tətbiq etdiyi “Ərzaq əvəzinə neft” qadağasını da rüşvət hesabına pozduğu bildirilir.

Sənədə görə şirkət İndoneziyada yüksək vəzifəli bir məmurun oğluna iri məbləğdə ad günü hədiyyəsi verib.

İddia edilir ki, Daimler dəyəri 64.6 milyon avro olan layihəni almaq üçün Rusiyada məmurlara 3 milyon avro rüşvət verib. Çində isə məmurlara 4.1 milyon avro məbləğində rüşvət verilib.

DAİMLER GÜNAHLI OLDUĞUNU QƏBUL EDİR?
Bu arada Daimlerin iddiaların geri götürülməsi üçün cərimə kimi iddiaçılar Ədliyyə Nazirliyinə 93.6 milyon, sərmayə bazarının mühafizəasi ilə məşğul olan ABŞ Təhlükəsizlik və Mübadilə Komissiyasına isə 91.4 milyon dollar ödəməyə hazır olduğu bildirilir.

Məlumatlara görə aprelin 1-də keçiriləcək ilk məhkəmə iclası zamanı şirkətin Almaniya və Rusiya nümayəndəliklərinin təmsilçilərinin iddiaları qəbul edəcəkləri bildirilir.

Daimlerin New Yorkdakı ofisinin sözçüsü Han Tjan məhkəmənin ilk iclasına qədər heç bir açıqlama verməyəcəklərini deyib. Ədliyyə Nazirliyi də bu iddia ilə bağlı heç bir şərh verməyib.

Bundan əvvəl Daimler sənəddə göstərilən ödənişləri etdiyini qəbul edərək araşdırma aparan müstəntiqlərlə əməkdaşlıq etdiklərini bildirib.

Daimlerin rüşvət payladığı ölkələr arasında Çin, Misir, Yunanıstan, Xorvatiya, Macarıstan, İndoneziya, İrak, Fildişi sahilləri, Latviya, Nigeriya, Rusiya, Serbiya, Tailand, Çernoqoriya, Türkiyə, Türkmənistan, Özbəkistan və Vyetnamın adı çəkilir.

Almaniyanın Siemens şirkəti də keçən ilin dekabr ayında ABŞ və Almaniyada haqqında qaldırılan rüşvət iddialarının bağlanması üçün 1.3 milyard dollar cərimə ödəməyə razılaşmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG