Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:01

Nabukko qaz kəməri 2018-ci ildən tez işə düşməyəcək


Nabukko qaz kəməri 2018-ci ildən tez işə düşməyəcək. Bunu Almaniyanın “Züdoyçe saytunq” qəzetinə müsahibəsində Avropa Birliyinin energetika üzrə komissarı Günter Etinger bildirib. O deyib ki, kəmərin planlaşdırılması üzrə işlər başa çatmaqdan hələ çox uzaqdır. “Ümid edirəm ki, 2010-cu ildə kəmərin tikintisinə dair yekun qərar qəbul ediləcək” - deyə Etinger bildirib.

Günter Etinger onu da deyib ki, hələ keçən ilin sentyabrında kəmərin tikintisi ilə bağlı şanslar 30 faiz qiymətləndirilirdisə, hazırda bu 65 faizə bərabərdir. O deyib ki, bu layihə Avropa Birliyi üçün prestijlidir.

Nabukko qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisi ilə magistralın çəkilməsini nəzərdə tutur. Bu kəmərlə Xəzər regionundan Rusiyadan yan keçməklə Avropaya təbii qazın nəqli nəzərdə tutulur.

Nabukko qaz kəməri 8 milyard dollar məbləğində qiymətləndirilir.

XS
SM
MD
LG