Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

“İfadə Azadlığına Senzura İndeksi” mükafatına namizədlər arasında 3 azərbaycanlı da var


Bu gün Londonda “İfadə Azadlığına Senzura İndeksi” mükafatının 10-cu təqdimat mərasimi olacaq. Bu mükafat o şəxslərə verilir ki, onlar çox vaxt öz həyatlarını risk altına ataraq heç kimin toxunmadığı mövzulardan danışırlar.

Bu ilki namizədlər arasında üç azərbaycanlı fəalın da adı var. Onlardan ikisi həbsdə olan bloqqerlər Emin Milli ilə Adnan Hacızadə Google-nin Yeni Media mükafatına namizəddir.

Media Hüquqları İnstitunun direktoru Rəşid Hacılının namizəd olduğu Hüquqi və təbliğat mükafatı isə repressiyaya qarşı mübarizə aparan hüquqşünaslara verilir.

XS
SM
MD
LG