Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 19:07

LG şirkətinin Potidə filialı açılacaq


Cənubi Koreyanın LG şirkəti Potidəki azad iqtisadi zonada öz müəssisə açacaq.

Bunu Gürcüstanın baş naziri Nika Gilauri deyib.

O bildirib ki, bu yaxınlarda televizor və məişət texnikaları istehsal edən LG şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Gilauri həmçinin qeyd edib ki, Potidə öz müəssisələrini açmaq istəyən 22 şirkətlə də artıq müvafiq müqavilələr imzalanıb.

Onların arasında Azərbaycan, İran, Ermənistan, BƏƏ və Cənubi Koreyadan olan şirkətlər var.

/ANS/
XS
SM
MD
LG