Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:35

Rusiya Əfqanıstandakı əməliyyatlarda daha fəal iştirak edə bilər


NATO ittifaqı hesab edir ki, Rusiya beynəlxalq kolaisiya qüvvələrinin Əfqanıstanda apardığı antiterror əməliyyatlarında daha fəal iştirak edə bilər, xüsusilə də narkotik qaçaqçılığna qarşı mübarizədə.

Təşkilatın nümayəndəsi Ceyms Appaturay Brüsseldə NATO-Rusiya şurasının iclasından sonra bildirib ki, söhbət narkotiklə mübarizədə mütəxəssislərin hazırlanması və Əfqanıstanın hökumət qoşunlarına hərbi vertolyotların verilməsindən gedir.

Rusiyaya heroinin 90 faizi Əfqanıstandan keçirilir.
XS
SM
MD
LG